İRAQ ordusu Kərkükə girdi, kürdlər QAÇMAĞA BAŞLADI - Fotolar
İraq ordusu Kürd Regional Hökumətinin keçirdiyi müstəqillik referendumundan sonra ilk dəfə olaraq Kərkükə daxil olub. “AzərTaym.az” xarici KİV-ə istinadən xəbər verir ki, İraq ordusu Kərkük hava limanını geri alıb. Ordu bundan başqa, neft sahələrini, neft-qaz şirkətlərini, şəhərin sənaye bölgəsini, K1 və Keyvan hərbi bazalarını da Məsud Bərzani qüvvələrindən geri almağı bacarıb. Son olaraq isə İraq əsgərləri Kərkükün girişindəki bayraqları endiriblər. Kürd silahlıları –Peşmərgə isə bəyan edib ki, Kərkükə hücum kürdlərə qarşı müharibə elanıdır və İraq hökuməti buna görə məsuliyyət daşıyır.