DƏHŞƏTLİ MÜHARİBƏ başlayacaq və heç kim... - "TƏCİLİ ADDIM ATİLMALIDIR"

Dəhşətli müharibə başlayacaq və heç kim... - "Təcili addım atılmalıdır"

“Şimali İraqda kürd referendumu təkcə İraqı deyil, bütün bölgəni qanlı müharibəyə sürükləyəcək”.

Publika.az
 xəbər verir ki, bu barədə İraq Türkman Cəbhəsinin lideri Erşad Salihi deyib.


Salihi Türkiyənin bu istiqamətdə təcili addım atmalı olduğunu vurğulayıb.

Bu gərginlik sadəcə İraq və ya ətrafındakı bir neçə ölkəni deyil, bütün bölgəni ciddi gərginliyə sürükləyir. Kərkük və Mosul sadəcə İraqın deyil, bütün bölgənin taleyinə təsir edir. Bu günə qədər Kərkükdə ciddi problemlərin yaşanmamasının səbəbi türkmanların ağıllı davranmasıdır. Biz seçki qutularının qaldırılmasını tələb etmədik, çünki bu, PKK və YPG, eləcə də digər güclər Kərkükü qan gölünə çevirmək üçün bəhanə olacaqdı. Buna görə də seçkini boykot etmək qərarına gəldik. Böyük bir fəlakətin qarşısını kəsdik”, - deyə o bildirib.

Lakin qeyd edib ki, hazırkı sakitlik müvəqqətidir və bölgəni böyük gərginlik gözləyir.

E.Salihi əlavə edib ki, Bərzani belə davam edərsə, bölgədə böyük müharibə başlayacaq: “Bu müharibədə kürdlər heç bir qazanc əldə etməyəcək, hətta ən çox zərəri onlar görəcək. Digər millətlər də zərər görəcəklər. İraq iqtisadiyyatı ciddi itkilər verəcək. Bölgədə ciddi gərginlik olacaq, min kilometrlərlə məsafədən raketlər atılacaq. Bu bölgədə maraqları olanlar əvvəlcə Əl-Qaidəni gətirərək, məzhəb qarşıdurması yaratdılar, sonra da İŞİD-i. İndi kimlərinsə əmri ilə İŞİD bölgədən çıxır. Üçüncü mərhələdə İraqın ərazi bütövlüyü hədəf olacaq. Bu baş verənlərdən heç kim sağ çıxmayacaq. Kürdlər də bölünəcək. Bir qismi Türkiyənin, bir qismi İranın, bir qismi də İraqın yanında yer alacaq. Şiələr də bölünür. Sünnilərin xəritədəki yeri belə təhlükədədir. Türkmanlar da çox zərər görəcəklər. Baş verənlərdən yalnız məxfi xidmətlər qazanc götürəcəklər. Lakin hər kəs zərər görəcək”.






Fikirlər