Türkiyə ABŞ-a Gülənlə bağlı 7 SORĞU GÖNDƏRİB
Ankara FETÖ terror təşkilatının lideri Fətullah Gülənin ekstradisiyası tələbi ilə ABŞ-a 7 sorğu göndərib. Modern.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin ədliyyə naziri Əbdülhəmid Gül bildirib. Onun sözlərinə görə, 3 noyabr 2017-ci il tarixindən ABŞ-a onun təhvil verilməsi ilə bağlı yeddi sorğu və müvəqqəti həbsinə dair ayrı bir sorğu ünvanlanıb. O əlavə edib ki, bununla yanaşı, Türkiyədə Gülənə qarşı məhkəmə prosesi davam etdirilir.