Ərdoğanı bu İKİ QADIN iqtidardan uzaqlaşdıracaq - FETÖ-nün SON ÜMİDİ
“Dünyada Merkel (Almaniya kansleri –red.), Türkiyədə Meral (İYİ Partiyasının sədri Meral Akşener –red.) Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı iqtidardan uzaqlaşdıra bilər”. Publika.az Türkiyə KİV-inə istinadən zəbər verir ki, bunu “Fəthullahçı Terror Təşkilatı”nın (FETÖ) adamlarından biri, hazırda ABŞ-da yaşayan Əmrə Uslu Tvitter səhifəsində yazıb. ABŞ-dakı Rza Zərrab və “Xalqbank”la bağlı keçirilən məhkəmə prosesindən ümidini üzən FETÖ-çü “son çarə”nin bu iki qadın olduğunu qeyd edib.