Ərdoğanın sağ əli çevriliş anonsu verdi
ANS PRESS-in məlumatına görə, Bursa şəhərində xalq qarşısında çıxış edən Arınc bildirib ki, bu ilin iyun ayına kimi Türkiyədə hökuməti devirməyi planlaşdırırlar.
"Xəyanətlə üz-üzəyik. Bir il əvvəli xatırlayın. Bir il bundan əvvələ qədər hər işlərində kömək etdiyimiz insanlar bizə xəyanət etdilər. Hökuməti devirmək üçün əl-ələ verib plan qurdular. 30 mart bələdiyyə, sonra prezident seçkilərinə təsir etmək istədilər. İndi isə bəziləri ilə işbirliyinə girib iyun ayına qədər ölkədə hökuməti devirməyə çalışırlar. Amma buna imkan verməyəcəyik.
Üzümüzə gülərək, arxamızadan iş çevirənlərin Ədalət və İnkişaf Partiyasına qarşı etdikləri xəyanətini heç vaxt bağışlamayacağıq. Hamısı ilə mübarizəmizi sonuna qədər aparacağıq. Buna heç şübhəniz olmasın" - deyə Arınc bildirib.