21-ci əsrdə 16-cı əsr qayda-qanunları yaşayan icma … - (FOTOLAR)
Dünyanın ən qəribə cəmiyyəti barədə bilmədiklərimiz
Dünyanın ən qəribə tayfaları, icmaları barədə zaman-zaman oxumusuz. Amma əminik ki, mennonitler barədə çox az məlumatınız var. Meksika, Paraqvay və Boliviya kimi ölkələrdə yaşayan, qeyri-adi həyat tərzləri ilə məşhur bir cəmiyyətdir. Burada sanki zaman dayanmış vəziyyətdədir. Mennonitlər bir neçə yüz il geridə yaşayırmış kimidilər. Kəsəsi, onların həyatlarınıa şahid olduğunuz zaman 1800-cü illərə qayıda bilərsiniz. Bir çox şeyi rədd edirlər və sirli bir həyat keçirirlər.
Musavat.com Türkiyə mətbuatına istinadən sizə qeyri-adi həyat tərzləri ilə mennonitlərin maraqlı hekayəsini təqdim edir.
Mennonitlərin adı günümüzün Hollandiyasında yerləşən Frieslandlı bir rahip olan Menno Simonsdan alınıb. Menno Simons (1496-1561) hazırkı xristianlıq ənənələrini bəyənmədiyi üçün sülhsevər, şiddətə qarşı bir təriqət qurub. Müharibəyə qarşı, pasifist bu təriqət Avropada fasiləsiz olaraq davam edən, bitmək bilməyən müharibələrdə yer almamaq üçün davamlı yer dəyişdirib və pasifist inanclarına dözüm göstərən ölkələrə, kralların torpaqlarına köç edib. Beləcə, mennonitlərin macəraları başlayıb. Mennonitlərin ən böyük xüsusiyyətləri texnologiyanı rədd etmələri və buna uyğun bir həyat tərzi keçirməyə çalışmalarıdır.
Öz həyat tərzlərinin ən doğrusu olduğuna inanan mennonitlər bununla paralel sadəcə özlərinin cənnətə gedəcəyini düşünürlər. Həkim və müəllim üzü görmək istəməyən mennonitlər doğuşlarını belə evdə təkbaşına keçirirlər.
Mennonitlərin ibadətləri də olduqca fərqlidir. Üzlərini stolun üstünə tutub dramatik bir şəkildə ibadət edirlər.
Həyatlarında şiddətin yeri yoxdur, heç bir cinayət törətmirlər. Oğurluq yox, cinayət yox, dava yox, söyüş yox. Bir-birinə qarşı son dərəcə hörmətlə davranırlar. Doğruluq və dürüstlük ən böyük prinsipləri sayılır.
Gənclər bazar günləri görüşüb tanış olurlar. Beləliklə evlilik öncəsi tanış olmaları asanlaşır.
Amma gənclərin musiqi dinləmək, rəqs etmək kimi əyləncəyə yönəlmiş bəzi hərəkətləri mennonitlərdə qadağan edilib.
Dəfn mərasimləri də sadə bir qaydada keçirilir. Onlar texnologiyanı həyatlarına daxil etməmək məsələsində qərarlıdılar. Ən böyük lüksləri isə qaz lampasından istifadə etmələridir.
Hətta bəzən ondan istifadə etməkdən belə imtina edirlər.
Özləri nə istəyirsə, uşaqlarına da onu öyrədirlər. Dünyanın onlardan başqa yönündə nələr olur, nələr yaşanır... bunu uşaqlarına öyrətmək kimi bir istəkləri və siyahıları yoxdur.
Burada qadınlar at sürür, təsərrüfatla məşğul olur və istehsala bu və ya digər formada yardım edirlər.
Aldıqları təhsil isə onların təsərrüfatla məşğul olmasına, öz paltarlarını tikib, öz yeməklərini yetişdirməsinə yetəcək qədərdir.
Mennonitlər axşamlarını ulduzların işığında söhbət edərək keçirirlər.
Dünyanın geridə qalanını televizora baxaraq və ya kompüterdən istifadə edərək zamanlarını keçirmirlər.
Heyvanlarla da iç-içə olan mennonitler fabrik istehsalı olan heç bir şeydən istifadə etmirlər.
Öz aralarında evləndikləri üçün alman və hollandiyalı gəncləri hələ də qoruyurlar.
Qadınlar və kişilər eyni libas geyinirlər. Beləcə içlərindəki eqoizmə qalıb gələrək, hansısa bir şəkildə bərabərlik yaratdıqlarına inanırlar.
Mennonitlər qeyri-adi həyat şəkilləri və fikirləri ilə insanları təəccübləndirməyə qərarlı görünürlər.
Bəli, bu da bizlərdən olmayan, amma 21-ci əsrdə tamam fərqli bir şəkildə yaşayan cəmiyyət. Bizim kimi 21-ci əsrdə yaşasalar da, onların torpaqlarında hələ də 16-cı əsr hökm sürür. Həyatı texnikadan, televizordan, telefondan uzaq, daha sakit şəkildə yaşamağa çalışırlar. Və alınır da...
Demək ki, belə də yaşamaq olurmuş.