Türkiyə və Yunanıstan arasındakı münasibətlərin gərginliyi pik həddə çatıb.
AzerTaym.az BakuPost-a istinadən xəbər verir ki, "Maçitis” adlı yunan qaravul gəmisi Bizans bayrağı ilə İzmirin Qaraburun sahillərinə gəlib. Gəmi burada təlim keçən Türkiyə Dəniz Qüvvələri Komandanlığına aid gəmilərin yaxınlığından keçərək təlim planına mane olmağa çalışıb. Türkiyə Dəniz Qüvvələri hadisəyə müdaxilə edib .
Xatırladaq ki, ölkələr arasındakı gərginliyə səbəb Yunanıstanın müdafiə nazirinin öncəki gün yunanlar tərəfindən işğal edilmiş "Kardak” qayalıqlarına çələng atmağa cəhd etməsi olub.
Ancaq onun bu cəhdinin qarşısı son anda Türkiyənin Dəniz Qüvvələri Komandanlığı və Sahil Təhlükəsizlik əməkdaşları tərəfindən alınıb, yəni yunan nazir istəyini gerçəkləşdirmədən həmin bölgədən ayrılıb.