Sarkisyanın hakimiyyətə qanlı gəlişi – 10 ilin FOTOLARI

Bu gün Ermənistanda Serj Sarkisyanın qanlı yolla hakimiyyətə gəlməsindən 10 il ötür. 

Modern.az xatırladır ki, 2008-ci il fevralın 19-da prezident seçkilərindən dərhal sonra Levon Ter-Petrosyanın tərəfdarları Azadlıq meydanına toplaşaraq seçki nəticələrinin dəyişilməsini tələb edirdilər.

Onlar 10 gün ərzində Yerevanın mərkəzində seçki nəticələrinə yenidən baxılması üçün aksiyalar keçirirdi.

Martın 1-i səhər polis aksiyanı dağıtmağa başladı. Həmin axşam prezidentliyinin son günlərini yaşayan Robert Koçaryan fövqəladə hal elan edərək təhlükəsizlik qüvvələrinə mülki insanlara atəş açmaq göstərişi vermişdi.

Nəticədə, 1 mart axşamı Yerevanda 10 nəfər, o cümlədən 2 Daxili Qoşun əsgəri həlak olmuş, 200-ə qədər insan isə xəsarət almışdı.

Həmin hadisələrə görə heç kim məsuliyyət cəlb olunmayıb.






Fikirlər