AFRİNƏ SON 600 METR - Qırıcı təyyarələr terroçuların ÇARƏSİZLİYİNİ GÖRÜNTÜLƏDİ

Afrinə SON 600 METR - Qırıcı təyyarələr terroçuların çarəsizliyini görüntülədi

Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusunun Afrində birgə həyata keçirdiyi “Zeytun budağı” hərəkatı sona doğru yaxınlaşmaqdadır.

Publika.az xəbər verir ki, hərəkatın 50-ci günündə Afrini mühasirəyə alan TSQ və ASO şəhərin kənar məhəlllələrinə 600 metr yaxınlaşıb.

Yerli qaynaqlar mərkəzə yaxın bu nöqtələrdə ara-sıra terrorçularla insidentlərin yaşandığını bildirir. TSQ və ASO Afrinin şimal-şərqindəki Şərana bağlı Naz kəndini, Bülbülə bağlı Korzlu, Barakaş, Qovanlı ve Çakur, şimal-qərbdə Racoya bağlı Zərkanlı, Çalxama, Çarkatı, Çakanlı, Balal kəndlərini, həmçinin 883 nömrəli təpəni YPG/PKK terrorçularından təmizləyib. Dünən strateji əhəmiyyəti olan Meydan qəsəbəsi də ələ keçirilib.

Afrin şəhər mərkəzi ilə Raco, Bülbül, Şeyh Hadid, Cinderes, Şeran və Mabatlı yaşayış məntəqələrindən ibarətdir. Mabatlıdan başqa, bütün mərkəzlərin nəzarəti TSQ və ASO-nun əlindədir.

Türkiyə əsgərləri dinc sakinlərin Afrinin mərkəzindən çıxması üçün təhlükəsizlik koridoru yaratsalar da, sakinlər terrorçuların silahlı təhdidlərinə məruz qalır. “Zeytun budağı” hərəkatında istifadə edilən pilotsuz təyyarələr PKK/PYD-li terrorçuların Afrindən çıxmaq istəyənlərə qarşı təzyiq və təhdidlərinin görüntülərini qeydə alıb. Fotolarda şəhəri tərk etmək istəyənlər maşınların silahlı terrorçular tərəfindən qarşısının alındığı görünür.

Türkiyə Baş qərargahılığından verilən məlumata görə, hərəkatın 56 günü çərçivəsində zərərsizləşdirilən terrorçu sayı 3524-dür.






Fikirlər