RUSİYADA daha bir TİCARƏT MƏRKƏZİNDƏ yanğın: ÖLƏN VƏ YARALANAN VAR+VİDEO
Moskvada “Персей для детей” uşaq ticarət mərkəzində yanğın baş verib. Yenicag.az rus mətbuatına istinadən xəbər verir ki, hadisə zamanı 100-dən çox insan təxliyyə edilib. Məlumata görə, yanğınsöndürən xidmətinin 6 əməkdaşı yaralanıb, mağazalardan birinin sahibi isə tüstüdən zəhərlənib. O, xəstəxanaya aparılan zaman yolda ölüb. Yaralılardan birinin vəziyyətinin ağır olduğu bildirilir. Yanğın artıq lokallaşdırılıb. Yanğının başvermə səbəbləri araşdırılır.