ABŞ HÜCUM GƏMİLƏRİNİ SURİYA SAHİLLƏRİNƏ göndərib

gemi-savas-abs

ABŞ Hərbi-Dəniz Qüvvələrinə məxsus “Harri Trumen” aviadaşıyıcısı bir neçə hücum gəmisinin müşayiəti ilə Virciniya ştatındakı daimi dislokasiya məntəqəsini tərk edərək Aralıq dənizinə yola düşüb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, dislokasiya yerini dəyişən gəmilər sırasında “Normandiya” raket kreyseri, “Arli Berk”, “Balkerey”, “Forest Şterman” və “Farraqut raket esminesləri var. Bir müddət sonra “Ceyson Danem” və “Sallivans” esmineslərinin də onlara qoşulacağı bildirilib. Adı çəkilən gəmilərin göyərtəsində ümumilikdə 6500 hərbçinin olduğu qeyd olunur.

Almaniya Hərbi-Dəniz Qüvvələrinə məxsus “Gessen” freqatının da regiona yollanacağı bildirilir.






Fikirlər