DÖVLƏT KATİBİ: “PUTİNİN ÖDƏYƏCƏYİ BƏDƏL AĞIR OLACAQ”

ABŞ-ın gələcək Dövlət katibi Mayk Pompeo Rusiyaya münasibətdə “yumşaq siyasət”ə son qoyacaqlarını bildirib.

 Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, o bu barədə Konqresdə çıxışı zamanı deyib.

Rusiya aqressiv siyasət yürütməkdə davam edir. Buna Rusiyaya qarşı aparılan yumşaq siyasət öz təsirini göstərir. İndi buna son qoyulacaq. Bizim administrasiyanın Putinin ödəcəyi bədəli ağırlaşdırmaq üçün tədbirlər planı uzundur”.

Pompeo yeni Tramp strategiyasına əsasən, Rusiyanın ABŞ-a ciddi təhdid olduğunu da xatırladıb.

 






Fikirlər