Türkiyədən Avropa Parlamentinə ETİRAZ

Türkiyədən Avropa Parlamentinə ETİRAZAvropa Parlamentinə üzv ölkələrin “erməni soyqrımını”nın tanınması ilə bağlı çağırışlarına Türkiyədən reaksiya gəlib.

Teleqraf.com “Cihan” agentliyinə istinadən xəbər verir ki, Türkiyə xarici işlər nazirinin sözçüsü Tanju Bilgiç AP hesabatında yer alan ifadələrdən təəssüfləndiklərini bildirib.

Onun sözlərinə görə, parlament bu məsələyə birtərəfli və qərəzli formada yanaşıb: “Avropa Parlamenti Baş Assambleyası tərəfindən 2015-ci ilin mart ayında qəbul olunmuş “2013-cü ildə Dünyada İnsan Haqları və Demokratiya” adlı hesabatda 1915-ci il hadisələri haqqında həqiqətdən uzaq ifadələr yer alıb. Bu ifadələri təəssüflə qarşılayırıq. Ölkəmiz məsələ ilə bağlı insani, real və konstruktiv açıqlama tələb edir. Onların irəli sürdüyü tələblər qeyri-qanunidir”.






Fikirlər