Trampı tənqid edən məşhur aktyora ŞOK "HƏDİYYƏ"
Nyu Yorkda məşhur aktyora məxsus restorana şübhəli bağlama göndərilib. CNN xəbər verir ki, şəhərin Tribeka adlanan hissəsində “Hollywood” aktyoru Robert De Niroya məxsus olan restorana naməlum şəxs tərəfindən bağlama göndərilib. Paketin haradan göndərildiyi və içində nə olduğu hələlik bilinmir. Əraziyə təhlükəsizlik qüvvələri cəlb edilib. Qeyd olunur ki, bu cür şübhəli paketlər “Demokratlar” partiyasının bir neçə yüksək vəzifəli üzvünə də göndərilib. Bildirilir ki, həmin partiya funksionerləri və Robert De Niro ABŞ prezidenti Donald Trampı ən sərt tənqid edən şəxslərdəndir.