Ərdoğan seçkini uddu, hökuməti uduzdu - Şok nəticə
"AzerTaym.az" Axar.az-a istinadən xəbər verir ki, seçki qutularının demək olar ki, hamısı açılıb.Seçkilər gözlənildiyi kimi 4 partiya arasında – AKP, CHP, MHP və HDP – gərgin mübarizə ilə yadda qalıb.
Nəticələr belədir:
AKP - 40,9
CHP - 25,2
MHP - 16,5
HDP – 12,8
Beləliklə, AKP 259, CHP 131, MHP 81, HDP 79 millət vəkili yeri qazanmış olur.
Qeyd edək ki, Türkiyədə Böyük Millət Məclisinə 20 partiya qatılıb, 165 nəfər fərdi qaydada iştirak edir.
2011-ci ildə Türkiyədə keçirilmiş parlament seçkilərində AKP seçicilərin 46,66 faiz, CHP 20,85 faiz, Milliyətçi Hərəkat Partiyası (MHP) isə 14,29 faiz səsini toplamışdı. Bu nəticələrlə AKP parlamentdə 312 millət vəkili yeri qazanmışdı.
Türkiyədə bir partiyanın təkbaşına iqtidar olması üçün ən azı 276 millət vəkili sayına sahib olması lazımdır. Beləliklə, Ərdoğanın başçılığı ilə 13 il öncə hakimiyyətə gələn və təkbaşına iqtidar olan AKP ilk dəfə koalisiya qurmağa məcbur olacaq.