Almaniyanı qaçqınların pənah yerinə çevirən MERKELİN SİYASİ ENİŞİNİN SƏBƏBİ

Almaniyanı qaçqınların pənah yerinə çevirən MERKELİN SİYASİ ENİŞİNİN SƏBƏBİ

Hurriyyet.org xəbər verir ki, rus senator Aleksey Puşkov Almaniyanın baş naziri Angela Merkelin siyasi karyerasınının uğursuzluğa doğru getməsinin səbəbinin qaçqınları qəbul eləmək qərarı və bundan sonra baş verən qaçqın böhranı olduğunu bildirib.

Federasiya Şurasının üzvü Aleksey Puşkov Merkelin Xristian Demokrat Partiyasının (CDU) Ali Şurasına sədrlik və 2021-ci ildəki baş nazir seçkilərinə namizəd olmamaq qərarı ilə bağlı öz “Tvitter” səhifəsində belə bir rəy yazıb: Xətanın əvəzi: hələ bir neçə il bundan əvvəl Aİ-nin mütləq lideri adlandırılan Merkel Xristian Demokrat Birlik Partiyasının lideri olmaq üçün mübarizədən vaz keçdi. Əsas səbəb Almaniyaya 1,1 milyon qaçqını qəbul eləməkdi. “Öhdəsindən gələcəyik” deyə təminat verdi. Öhdəsindən gələ bilmədi. Qaçqın böhranı Merkelin çökməsinin başlanğıcı oldu”.






Fikirlər