Tramp yenə ÖZÜNÜ TƏRİFLƏDİ
ABŞ prezidenti Donald Tramp neftin qiymətinin aşağı düşməsinə görə özünü tərifləyib. Oxu.Az xəbər verir ki, o, “Twitter” səhifəsində neft qiymətlərindən məmnun qaldığını yazıb. “Neft qiymətlərinin düşməsi əladır (təşəkkür, prezident T). Bunu və vergilərin əhəmiyyətli dərəcədə azaldılmasını digər iqtisadi xəbərlərə əlavə edin”, - deyə o vurğulayıb. Qeyd edək ki, cümə günü “Brent” markalı neftin bir barelinin qiyməti 59 dollardan aşağı düşüb.