İranda GÜCLÜ ZƏLZƏLƏ olub - 361 YARALI (Yenilənib)

İranda güclü zəlzələ olub - 361 yaralı (Yenilənib)

İranın qərbində yerləşən Kermanşah vilayətində 6,4 bal gücündə baş verən zəlzələ nəticəsində xəsarət alanların sayı 361 nəfərə çatıb. 

“Fars” agentliyinin yaydığı məlumata görə, xəsarət alanlardan 8-i xəstəxanaya yerləşdirilib, digərlərinə isə yerində tibbi yardım göstərilib.
***
İranın Kermanşah vilayətində 6,4 bal gücündə zəlzələ baş verib. 

Azvision.az xəbər verir ki, yeraltı təkanlar yerli vaxtla saat 20:07-də qeydə alınıb. Zəlzələnin episentri yerin 7 kilometr dərinliyində yerləşib.

Hələlik mümkün dağıntılar, həlak olan və ya yaralananlar barədə məlumat verilməyib.






Fikirlər