Rusiyada 5 deputat koronavirusa YOLUXDU

Rusiya Dövlət Dumasının 5 deputatında koronavirusa yoluxma faktı aşkarlanıb.

 “Ria Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin açıqlama verib. O bildirib ki, aprelin 25-i Rusiya Federasiyası Kommunist Partiyasından olan millət vəkilləri Leonid Kalaşnikov və Dmitriy Novikovun COVID-19-a yoluxduğu məlum olub. Mayın 6-sı isə “Yedinaya Rossiya” partiyasından olan deputat Svetlana Maksimova koronavirus diaqnozu ilə Tver şəhərində xəstəxanaya yerləşdirilib.

Volodin koronavirusa yoluxan digər iki deputatın adlarını açıqlamayıb. Onun sözlərinə görə, deputatlardan biri sağalıb, ikisi evdə, digər ikisi isə xəstəxanada müalicə alır.

V. Volodin vəziyyətlə əlaqədar olaraq, deputatları ehtiyyatlı olmağa və sosial məsafə qaydalarına əməl etməyə çağırıb.  /Qafqazinfo/






Fikirlər