Meşədə ayı ilə burun-buruna gələn 12 yaşlı uşaq: “Həyatımın ən gözəl günü idi” - Video
İtaliyada12 yaşlı uşaq ailəsi ilə dağlıq əraziyə gəzintiyə gedərkən orada ayı ilə qarşılaşıb. Yenisabah.az xəbər verir ki, həmin anların əks olunduğu video sosial şəbəkədə maraqla qarşılanıb. Soyuqqanlılığını qoruyan Alessandro adlı uşaq ayıdan uzaqlaşaraq öz həyatını xilas edib. Onun yaxınları məsələ ilə bağlı açıqlama verərək bildiriblər ki, ayı bir müddət uşağın arxasınca gəlib, lakin daha sonra marağını itirərək uzaqlaşıb. Burada əsas rolu isə Alessandeonun ayı ilə göz təması qurmaması oynayıb. Alessandro özü isə qeyd edib ki, ayıdan sakit şəkildə uzaqlaşmalı olduğunu bilirdi: "Ayının gözlərinə baxmadım. Bu səbəblə o,düşmanı olmadığımı bildi. Xəyallarım gerçək oldu, ayıları sevirəm, həyatımın ən gözəl günü idi".