İrandan şok iddia: Məkkə faciəsində ən azı 4 min 700 hacı ölüb
“Minada baş verən faciədə ən azı 4 min 700 hacının öldüyünü düşünürük. Hal-hazırda 21 yük maşınında 3 min cəsədin şəxsiyyəti müəyyənləşdirilir”. "AzerTaym.az" Strateq.az -a istinadən xəbər verir ki, bu şok iddianı İranın Həcc və Ziyarətlər İdarəsinin rəhbəri Əhvədi bildirib. Onun bildirdiyinə görə, faciədə ölən iranlı sayı 248 nəfərə yüksəlib. Qeyd edək ki, Səudiyyə Ərəbistanının rəsmi məlumatına görə, Qurban bayramının ilk günü yaşanan izdihamda 769 nəfər ölmüş, 934 nəfər isə yaralanmışdı.