Türkiyədən Rusiyaya sərt mesaj - Türk helikopterləri Ermənistan səmasında

 

helikopter.jpg

Türkiyə Hərbi Hava qüvvələrinə məxsus helikopterlər son günlər ərzində Ermənistanın hava sərhədini iki dəfə pozub.

 "AzerTaym.az" xəbər verir ki, bu haqda məlumatı TASS agentliyi yayıb.

Agentliyin məlumatında bildirilir ki, hava sərhədinin pozulması faktları Yerevandan 48 kilometr qərdbə - Armavirdə qeydə alınıb. Helikopterlər İğdır vilayətindən Qars istiqamətinə uçublar.

Qeyd edək ki, bəzi ekspertlərin fikrincə, Türkiyə helikopterlərinin Ermənistanın hava məkanına daxil olması əslində son vaxtlar onun sərhədlərini pozan Rusiyaya cavab mesajı xarakteri daşıyır.






Fikirlər