Təcili: Suriyada yeni ittifaq: Moskva, Əsəd, PKK üçlüyü - Rusiyadan PKK-ya muxtariyyət sözü...

 

 

Rusiya Suriya diktatoru  Əsədi xilas etmə səylərinə daha bir yenisini  əlavə edib.
Avropa.info xəbər verir ki,  Moskva Suriyada  müxaliflərə qarşı hava əməliyyatlarına qurudan dəstək olmaq üçün  PKK-nın Suriya qolu  PYD ilə razılaşıb.  Moskova  Əsəd rejimi ilə PYD-nin işini əlaqələndirmək üçün  Qamışlıda  əlaqə bürosu qurub.
 
 
Məlumatlara görə, Rusiyiya  Suriya rəhbərliyi ilə PYD arasında vasitəçilik edib və üçlük  şərqdə koordinasiyalı əməliyyatlar aparmaq məsələsində razılaşıb.
 
Verilən məlumata görə Rusiya, hava dəstəkli quru əməliyyatları məsələsində PYD-nin dəstəyini alıb. Rusiyanın vasitəçiliyi ilə Dəməşqə gedən və Əsəd heyəti  bir araya gələn  PYD rəsmiləri  hava əməliyyatları aparan  Moskvaya  qurudan  veriləcək dəstəyin detallarını razılaşdırıblar.  Görüşlərin əsas mövzusu isə PYD-nin şərqdəki əməliyyatlara qatılması ilə bağlı olub.
Rusiya  əməliyyatların müvəffəqiyyət şansını artırmaq üçün,  Dəməşq rəhbərliyi və PYD-nin də yer alacağı üçlü kordinasiya mərkəzi yaradacaq. Hava dəstəkli quru əməliyyatlarının koordinasiya edildiyi görüşlərdə, əməliyyatların paralel aparılması üçün Qamışlıda  bir əlaqə bürosunun yaradılması qərara alınıb. Əlaqə bürosunda Suriyalı 7 zabit vəzifə alacaq.
 
                      MOSKVADAN  PKK-YA  MUXTARİYYƏT SÖZÜ
 
Əsədi yenidən gücləndirmək  istəyən Rusiya  hava əməliyyatlarının təsirini artırmaq üçün PYD-ni birgə əməliyyatlara çəkməsinin nəticələri də olub. Belə ki, Moskva  PYD lideri  Saleh Müslimə Suriya ərazisində muxtariyyət sözü verib.






Fikirlər