Türkiyə Avropa birincisi oldu

Türkiyə Avropa birincisi oldu

Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsi sosial media hesabında 2020-ci il üzrə kənd təsərrüfatı məhsuldarlığı ilə bağlı paylaşım edib.

  Paylaşımda Türkiyənin kənd təsərrüfatı məhsuldarlığı baxımından Avropada ilk sırada olduğu qeyd edilərək kənd təsərrüfatı sahəsinin pandemiya və iqlim quraqlığına baxmayaraq, 4,8 faiz böyüdüyü qeyd edilib.

Sektorun son 3 ilin ən yüksək artım göstəricilərini nümayiş etdirdiyinə diqqət çəkilib.

Qoyulan sərmayələr nəticəsində daha az su ilə daha yüksək məhsuldarlığın əldə edildiyi qeyd edilərək, “Kənd təsərrüfatından əldə edilən gəlir 20 % artaraq 333,3 milyard liraya yüksəlib”, - deyə bildirilib. /Yenisabah.az

Türkiyə Avropa birincisi oldu






Fikirlər