Fransada karantin sərtləşdirildi: 4 həftəlik KOMENDANT SAATI TƏTBİQ olundu
Fransada koronavirusa yoluxma hallarının kəskin çoxalması ilə əlaqədar dörd həftəlik sərt karantin rejimi tətbiq edilib. Saat 19:00-dan etibarən ölkənin 19 bölgəsinin hamısında komendant saatı tətbiq olunur. Təcrid yerindən üzrlü səbəb olmadan 10 kilometrdən çox məsafəyə uzaqlaşmaq qadağandır. Uşaq bağçaları və məktəblər, kitab və musiqi dükanlarından xaric ilkin tələbat və məişət malları satmayan mağazalar bağlanır. /Yenisabah.az