“Şimali Koreya təhlükəsizliyimizi təhdid edir“ - Yapon Baş nazir

“Şimali Koreya təhlükəsizliyimizi təhdid edir“ - Yapon Baş nazir

Dünən səhər Şimali Koreyanın sınaq üçün atdığı raketlərin hansı əraziyə düşdüyü xeyli müzakirə olundu.

Yenisabah.az xarici mətbuata istinadən xəbər verir ki, Cənubi Koreyanın raket sınağına cavabı gecikməyib. Bütün dünyanı narahat edən raketlərin Hequrajima adasına və Noto yarımadasının qərbinə düşdüyü məlum olub.

Müdafiə Nazirliyindən ictimaiyyətə verilən məlumata görə, raketlərin Yaponiyanın ərazisindən kənara düşdüyü bildirilib. İqtisadi zonaya düşən son Şimali Koreya ballistik raketinin sonuncu dəfə 2019 -cu ilin oktyabr ayında buraxıldığı qeyd olunur.

Yaponiyanın baş nazir Suqa Yoşihide "Şimali Koreyanın raket sınaqları Yaponiyanın, ətraf ərazilərin  sülh və təhlükəsizliyini təhdid edir" deyə açıqlama verib. 

“Şimali Koreya təhlükəsizliyimizi təhdid edir“ - Yapon Baş nazir






Fikirlər