"Onlarla, hətta yüzlərlə ukraynalı artıq həlak olub..." -Ukrayna DİN
Sultan Laçın
Rusiya qoşunlarının Ukraynaya yeni işğal məqsədli hücumu nəticəsində “onlarla” ukraynalı həlak olub.
Moderator.az "Qordon" nəşrinə istinadla xəbər verir ki, bu barədə fevralın 24-də "Facebook"-da Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko məlumat yayıb.
"Artıq Ukrayna ərazisinə minlərlə raket və mərmi atılıb. Onlarla, hətta yüzlərlə ukraynalı artıq həlak olub. Daha minlərlə olacaq", - o yazıb.
Geraşenko həmçinin videomüraciətində ukraynalıları ruslara üz tutmağa və “susmamağı” tələb etməyə çağırıb.