İsveç Ukraynaya 50 milyon avro, dəbilqə, azuqə və silah göndərir...

Rusiya Federasiyasının hərbi təcavüzü qarşısında qalan Ukraynanın qeyri-bərabər döyüşlərdə məğlub olmaması üçün sözdən işə keçən ölkələrə İsveç Krallığı da qoşulub.

Musavat.com xəbər verir ki, şimal ölkəsində yaşayan həmvətənlərimiz yerli mediada çıxan xəbərlərə istinadən İsveçin Ukraynaya hərbi yardım göstərmək barədə qərar qəbul etdiyini yazırlar.

Krallıq Ukraynaya 50 milyon avro həcmində maliyyə vəsaiti ayırıb, habelə hərbi qulluqçular üçün 135 min qutu xüsusi yemək, 5 min dəbilqə, 5 min zirehli jilet göndərəcək.

Bundan başqa, İsveç Ukraynaya zirehli texnikaları sıradan çıxarmaq üçün 5 min vahid effektiv silah (şəkildə) göndərmək qərarına gəlib.






Fikirlər