"Azovstal" ərazisindən 264 hərbçi təxliyyə edilib – Zelenskidən açıqlama

İki aydan artıqdır Rus qüvvələrin mühasirəsində olan Ukraynanın "Azovstal" bögəsindən 264 hərbçi təxliyə edilib.

“AzPolitika.info” xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda qeyd olunur ki, təxliyə edilən hərbçilərdən 53-ü ağır yaralıdır. Onların rus hərbçilərinin nəzarətində olan əraziyə aparıldığı deyilir.

Ukrayna prezidenti Volodimir Zelenski isə mətbuata açıqlamasında bildirib ki, təxliyə işləri bundan sonra da davam etdiriləcək: “Ukrayna kəşfiyyatının danışıqlar qrupunun, Beynəlxalq Qızıl Xaç Komitəsinin və BMT-nin dəstəyi ilə ümid edirik ki, oradakı insanların həyatını xilas edə biləcəyik. Hərbçilərimizdən bəziləri ağır yaralıdır, onlara köməklik göstərilir. Ukraynalı qəhrəmanlar bizə sağ lazımdır. Əsas prinsipimiz budur. Uşaqları evə qaytarmaq prosesi davam edir. Bu iş dəqiqlik və zaman tələb edir”.






Fikirlər