Akar və Reznikovun telefon söhbəti ...
Türkiyənin milli müdafiə naziri Hulusi Akarla ukraynalı həmkarı Oliksiy Reznikov arasında telefon danışığı olub. Yenisabah.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. Tərəflər Ukraynadakı son durumu, o cümlədən taxıl ixracını müzakirə ediblər. Akar Türkiyənin bundan sonra da öhdəsinə düşəni icra edəcəyini vurğulayıb.