XERSONDA DAHA BİR RUS GENERALI ÖLDÜRÜLDÜ - Ukrayna Prezident Ofisinin rəhbəri açıqladı

Ukraynada Rusiya ordusunun generalı öldürülüb. “RBC-Ukraina” xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç bildirib.

O, ölkənin Silahlı Qüvvələrinin Xerson bölgəsindəki Rusiya ordusunun generalını zərərsizləşdirdiyini qeyd edib.

Ads by 
3
Reklamınızı SmartBee ilə effektiv edin.

 

"Dəqiqləşdirilməsi vacib olan ilkin məlumata görə, Rusiya generalı bu gün (dünən-red) Xerson istiqamətində öldürülüb", - o deyib.

Arestoviç öldürülən generalın adını açıqlamayıb. O, eyni zamanda, düşmənin xeyli sayda canlı qüvvəsinin artilleriya zərbəsi ilə zərərsizləşdirildiyini də əlavə edib.






Fikirlər