DUQİNANIN QƏTLİNDƏ BU QADIN İTTİHAM OLUNUR - "Azov”-da xidmət edib + FOTOLAR/VİDEO

Federal Təhlükəsizlik Xidməti Darya Duqina ilə bağlı cinayətdə şübhəli bilinən 1979-cu il təvəllüdlü Vovk Natalyanın fotoşəkillərini paylaşıb.

“AzPolitika.info” Rusiyanın “RİA” agentliyinə istinadla xəbər verir ki, FTX-dan Natalya Vovk kimi tanınan qadının nömrələri dəyişdirilən "Mini Cooper"-dən istifadə edərək Duqinanı izlədiyi bildirilib: "Rusiyaya daxil olarkən avtomobildə “DXR”in E982ХН DPR qeydiyyat nömrəsi olub. Moskvada isə Qazaxıstanın nömrələri istifadə olunub – 172AJD02. Qətldən sonra o, AH7771IP Ukrayna nömrəsi ilə ölkəni tərk edib".

Materiallar Duqinanın qətli ilə bağlı cinayət işini araşdıran Rusiya İstintaq Komitəsinə təhvil verilib.

"EADaily" məlumat yayıb ki, N. Vovk 2010-cu il təvəllüdlü qızı Şaban Sofiya Mixaylova ilə 2022-ci il iyulun 23-də Rusiyaya gəlib. Sui-qəsd günü Vovk və Şaban Duqinanın fəxri qonaq qismində iştirak etdiyi “Traditsiya” ədəbi-musiqili festivalında olublar. Hadisədən sonra Vovk qızı ilə bərabər avqustun 21-də Pskov vilayətindən keçərək Estoniyaya gedib.

 

 

 

 

 

 

 

 

 

 






Fikirlər