İRANDA QAN SU YERİNƏ AXIR... - Aksiyaların miqyası böyüyür... + VİDEOLAR (Yenilənib)

İranda hicab qaydalarına qarşı çıxmış gənc qadın Məhsa Əmininin əxlaq polisi tərəfindən saxlanılması və daha sonra ölməsi ilə bağlı keçirilən etiraz aksiyaları ölkənin bir çox şəhərlərinə yayılıb. 

Tehranda başlayan akisyalar tezliklə Məşəd, Rəşt, Kerman, Bəndər Abbas, Qum, Kermanşah, Zəncan, Sari, Rəfsəncan və digər şəhərlərdə də geniş vüsət alıb. Aksiyalara qoşulan qadınlar örpəklərini və hicablarını tonqallarda yandırıblar. Qəzəbli kütlə islam inqilabı liderlərinin, dövlət rəhbərlərinin portretlərini yandırıb, onların əleyhinə şüarlar səsləndiriblər.

“AzPolitika.info” ötən gecə İrandakı aksiyalarda baş verən mühüm hadisələri təqdim edir:

- Ərdəbildə etiraz aksiyaları hələ də davam edir;

- Hökumət qüvvələri onlarla etirazçını öldürüb;

- Babol şəhərində keçirilən yürüşlərdə “Ar olsun, qeyrətsiz rəhbərimizə! Xameneyiyə ölüm olsun!” şüarları səsləndirilib;

- İranın Ənzəli şəhərində xüsusi təyinatlı qüvvələr etirazçıları ələ keçirmək üçün evlərə basqın ediblər;

- Tehranın Əhmədabad qəsəbəsində qəzəbli etirazçılar polis bölməsinin binasını yandırıblar;

- Ötən gün Ərdəbil şəhərində yaşayan azərbaycanlı milli fəallar Meysəm Colani və Məhəmməd Colani həbs ediliblər. Onların hara apralıdıqları barədə dəqiq məlumat yoxdur;

- İran rejiminin ETTELAAT qüvələri səhər saatlarında Ərdəbildə azərbaycanlı fəallar Əsgər Əkbərzadə və Sadiq Sadiqifarini həbs ediblər;

- Tehranın Niyavəran qəsəbəsində etirazçılar İran polisinin avtomobilini yandırıblar;

- İranın Sənəndəc şəhərində etirazçılarla xüsusi təyinatlılar arasında küçə döyüşləri olub;

- Zəncanda iki azərbaycanllı gənc hökumət qüvvələri tərəfindən öldürülüb. Rejim gücləri Mehdi Musəvi və Mehrdad Qurbani adlı azərbaycanlı gəncləri aksiya zamanı qətlə yetiriblər;

- Rejim gücləri tərəfindən öldürülənlərin sayı çox olsa da, indiyə qədər onlardan 37-nün kimliyi təsdiqlənib;

Ad - 00:45

 

- İranın Dehdəşt şəhərində polis etirazçıları atəşə tutub;

- Həmədanda etirazların miqyası böyüyr. Qəzəbli kütlə meydanlara axıaşaraq, “Zalıma ölüm olsun, istər şah olsun istər rəhbər” şüarları səsləndiriblər.

Günlərdir davam edən etiraz aksiyaları İranda hakim rejimi təlaşa salıb. İran Təhlükəsizlik və Kəşfiyyat Nazirliyi aksiyaya qatılmamaları üün insanlara təhdid mesajları göndərir.

ETTELAAT-ın informasiya qərargahı ölkə vətəndaşlarına "İrancell" mobil operatoru vasitəsilə xəbərdarlıq və təhdid mesajları göndərib.

“Diqqətinizə çatdırılır ki, əks-inqilabçı qüvvələrin son hadisələrdən bəhrələnmək cəhdlərinə görə, hər növ qeyri-qanuni aksiya və toplantılara qatılmağınız islami cəza qanununa görə cinayət hesab ediləcək və qanuni təqibə məruz qalacaqsınız” - deyə, göndərilən mesajlarda bildirilib.

 














Fikirlər