PKK-ya bir zərbəni də Öcalan vurdu: "Onlar məni dinləmədilər"
"Mən “silahların kölgəsində sülh olmaz”- demişdim. Silahlar susmadan həldən, sülhdən söz edilə bilməyəcəyinə inanırdım. Dinləmədilər, haqlı çıxdım. PKK və HDP üçün özünütənqid zamanı gəldi. Siyasətləri çökdü, müvəffəqiyyətsiz oldular. Ən kiçik narazılıqda silaha sarıldılar, dövlətlə vuruşdular. Qazandıqlarımız heç edildi. Təşkilat çox ciddi itkilər verdi.” Strateq.az xəbər verir ki, bu sözləri PKK-nın yaradıcısı Abdullah Ocalanın dediyi bildirilir. İddianın müəllifi Türkiyənin “Habertürk” televiziyasıdır. Xəbər qaynağının məlumatına görə, dövlət nümayəndələriylə görüşən Öcalan HDP-nin 1 noyabr seçkilərində daha az səs almasından xəyal qırıqlığı yaşadığını etiraf edib. O, bu uğursuzluğun səbəbini isə HDP və PKK-nin yanlış siyasətində görüb. Xəbərdə iddia olunur ki, Öcalan indiyə qədər onunla təmas quran HDP nümayəndələrilə də görüşməyəcək-fikrini ictimaiyyətə düzgün çatdırmadıqlarına görə...