Hakan Şükür "Liq TV"-dən uzaqlaşdırıldı

"Bu addımın atılacağına şübhə etmirdim və gözləyirdim"
Hakan Şükür "Liq TV"-dən uzaqlaşdırıldı Türkiyənin hakim partiyası olan Ədalət və İnkişaf Partiyasından (AKP) istefa verən millət vəkili Hakan Şükür "Liq TV"-dəki Marafon proqramından uzaqlaşdırılıb. Azertaym.az -ın Türkiyə mediasına istinadən məlumatına görə, Ərdoğan - Gülən savaşında ikincinin yanında olmağa qərar verən sabiq futbolçu telekanaldan uzaqlaşdırılmasına soyuq münasibət göstərib:

“Bu addımın atılacağına şübhə etmirdim və gözləyirdim. Qismətim də belədir. Futbolçu olanda da, şərhçi işləyəndə də mənə müvəffəqiyyətli hiss etməmə icazə vermirlər".

Türkiyə mediası Hakan Şükürə bu münasibətin siyasi qərar olduğunu iddia edib.






Fikirlər