ŞOK!!!- TERRORÇULAR OTELİ ƏLƏ KEÇİRDİ, - ÖLƏNLƏR VAR,170 NƏFƏR də GİROV GÖTÜRÜLÜB!

 

Malinin paytaxtı Bamakoda cihadçılar «Redisson Blu» otelinə basqın ediblər.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Fransa telekanallarından biri məlumat yayıb.

«Otelin 7-ci mərtəbəsinin dəhlizində atışma gedir, silah səsləri ara vermir» deyə, xəbərdə bildirilir.

İlkin məlumatlara görə, otel işçilərindən ölən və yaralananlar var. Həmçinin terrorçuların 170 nəfəri girov götürdüyü bildirilir. Onlardan 30-u otel əməkdaşı, qalanları qonaqlardır.

«Europe 1» radiostansiyası bu oteldə əsasən məmurların istirahət etdiyini bildirir.

Oteldə atışma bu dəqiqələrdə də davam edir.






Fikirlər