Türkman uşaqları belə qətlə yetirildi – Foto/18+
Suriya ordusu Lazkiyə yaxınlığındakı türkmanların (azərbaycanlıların) yaşadığı Bayırbucaq bölgəsində başlatdığı hərbi əməliyyatları genişləndirib. Axar.az xəbər verir ki, İran və Hizbullah qüvvələrinin qurudan, Rusiya aviasiyasının havadan və dənizdən verdiyi hərbi dəstəklə çoxlu sayda türkman qətlə yetirilib. Türkman Dağı istiqamətindəki Fırınlıq, Acısı və Avanlı bölgələrinə eyni anda hücum həyata keçirilib. Bombardmanlar zamanı mülki əhali də hədəfə alınıb. Qətliamla bağlı Türkiyə Baş naziri Əhməd Davudoğlu açıqlama verib. “Heç bir İŞİD üzvünün olmadığı bir bölgədə bu hücuma rus hərbi təyyarələri və xarici hərbçilər dəstək verirdi. Bunu xüsusilə vurğulayıram”, - Davudoğlu bildirib. Rusiyanın Ankaradakı səfirliyi də Türkiyə XİN-ə çağırılıb və ona xəbərdarlıq edilib. Ankara Rusiyanın dinc əhaliyə qarşı qətliamları davam etdirəcəyi təqdirdə adekvat cavab alacağını bildirib. 4 / 4