“Rusiya hərbi donanmasının 20 faizi artıq yoxdur…” - RƏSMİ

“Rusiya hərbi donanmasının 20 faizi artıq yoxdur…”- RƏSMİ

Ukrayna Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov bildirib ki, Rusiya hərbi donanmasının 20%-i “artıq yoxdur”.
 
Moderator.az  “Ukrainskaya Pravda”ya istinadla xəbər verir ki, Danilov bu haqda "Amerikanın səsi" nəşrinə müsahibəsində danışıb.
 
“Əlbəttə, biz istərdik ki, ərazilərimizin azad edilməsi üçün daha yaxşı vəziyyət olsun.
Amma bu prosesə paralel olaraq Qara dənizdə çox böyük və mühüm hadisələr baş verdi. Həmin situasiyaya gəldikdə, Rusiya Federasiyasının hərbi donanmasının 20% -i artıq yoxdur.
 
Və burada hansısa kömür daşıyan 5-30 nəfərlik gəmilərdən söhbət getmir. Bunlar Qara Dəniz Donanmasının 13 aprel 2022-ci ildə batırdığımız məşhur flaqmanı "Moskva" kimi nəhəng döyüş gəmiləridir.
 
Bu gün (dekabrın 26-da - red.) gecə saatlarında baş verənlər isə bizim hərbçilərin Krım məsələsini yaxşı anladığının əyani təsdiqidir. Digər ərazilərimiz kimi bizim üçün Krım da son dərəcə vacibdir”, - deyə Ukrayna dövlət rəsmisi vurğulayıb.
 
S.Laçın






Fikirlər