Jirinovski yenə sərsəmlədi: “Türkiyəyə atom bombası ataq”
AzNews.az xəbər verir ki, Jirinovski Boğaz körpüsünə atom bombasının atılmasının vacib olduğunu bildirib. Bu barədə Moskva radiosuna müsahibə verən 69 yaşlı siyasətçinin əslində İstanbul əhalisinin sayını belə bilmədiyi ortaya çıxıb.“İstanbulu yox etmək bizim üçün çətin bir iş deyil. İstanbul boğazının ortasına tək bir atom bombası salsaq, meydana gələcək 15 metrlik sunami dalğası şəhəri və 9 milyon insanı yerlə-yeksan edər".
Məlumat üçün bildirək ki, Jirinovski daha çox "faşist" və "qisasçı" ləqəbləri ilə tanınır. Həmçinin Kreml siyasətinin bir xidmətçisi olan siyasətçi ictimaiyyətin fikirlərini öyrənmək üçün hər zaman ən radikal düşüncələri səsləndirir.
Xatırladaq ki, Jirnoviski keçmişdə də hər zaman türk və qafqaz xalqları əleyhinə danışıb.
Qeyd edək ki, noyabrın 24-də Rusiyanın hərbi təyyarəsi Türkiyənin hava məkanına daxil olub. Türkiyə tərəfi isə həmin təyyarəni vurub. Bu isə iki ölkə arasında vəziyyəti gərginləşdirib.