İsraildən "Hizbullah"a daha bir AĞIR ZƏRBƏ - Məşhur komandir ÖLDÜRÜLDÜ...

"Hizbullah"ın yüksək rütbəli komandirlərindən olan Fuad Şükr Beyruta edilən hava hücumunda öldürülüb.

 Bu barədə ️İsrail ordusundan verilən rəsmi açıqlamada bildirilir.

Açıqlamaya görə, Hacı Muhsin kimi tanınan Fuad Şükr indiyə qədər İsrail tərəfindən öldürülən "Hizbullah"ın ən yüksək rütbəli komandiridir.

O, "Hizbullah"ın strateji quruluşunun rəhbəri olub.

Məlumata görə, 7 oktyabrdan bəri İsrailə hücumları Livandan Fuad Şükr idarə edib.

Musavat.com






Fikirlər