Rusiyada partladılan silah anbarının 10 km radiusunda tarla işləri qadağan olundu

Rusiyanın Tixoretski rayonunda Ukraynanın sentyabrın 21-də partlatdığı silah anbarının ətrafında 10 km radiusda torpaq-çöl işlərinin aparılması qadağan olunub.

Musavat.com Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə rayonun rəhbəri Anatoli Perepelin özünün Telegram kanalında məlumat yayıb.

Onun sözlərinə görə, qeyd olunan ərazilərdə əkin işlərinin həyata keçirilməsinə də icazə verilmir: “Hörmətli kənd təsərrüfatı istehsalçıları, Tixoretski rayonunun operativ qərargahı ərazilərdə partlayıcı obyektlərin olub-olmaması yoxlanılana qədər fövqəladə hadisə yerindən 10 kilometrlik ərazidə tarla işlərinin aparılmasını müvəqqəti qadağan etmək qərarına gəlib”.

Qeyd edək ki, Ukrayna tərəfi həmin anbarda Rusiyanın 3 aylıq raket ehtiyatının məhv edildiyini bildirir.






Fikirlər