“PUTİN MOSKVANIN VURULACAĞINDAN QORXURDU” – Conson Putinlə danışıqlarını ictimailəşdirib

Böyük Britaniyanın keçmiş Baş naziri Boris Conson “The Times” qəzetində hissə-hissə dərc olunan “Unleashed” (“Çözülmüş”) adlı növbəti xatirələr kitabında rus hökmdarını (Vladimir Putini – red) Ukraynanı işğal etməkdən necə çəkindirməyə çalışdığından bəhs edib.

O, qeyd edib ki, Putin NATO raketlərinin Moskvaya doğru uçacağından qorxurdu.

Consonun sözlərinə görə, Qərbdə heç kim Ukraynanı NATO raketləri ilə təmin etməyi planlaşdırmayıb, lakin Putin buna inanmayıb və hesab edib ki, Ukraynadan atılan raketin Rusiya paytaxtına düşməsi çox vaxt aparmayacaq: "Bir anda o, səhv hesablama riski nəticəsində Rusiya ilə NATO arasında nüvə qarşıdurması ilə bağlı ürpədici yumoristik ifadələr işlətdi: “Mən səni incitmək istəməzdim, Boris. Rəsmi təkzib edilənə qədər Moskvanın dediklərinə heç vaxt inanma!”

Ad - 00:26

 

Sentyabrda Böyük Britaniyanın keçmiş Baş naziri Boris Conson Ukraynanın qalib gəlməsi üçün üç addımın vacibliyini qeyd edib. O hesab edir ki, Qərb Putinlə heç bir kompromis əldə edilə bilməyəcəyini başa düşməlidir.

Consonun fikrincə, ikinci addım Qərbin və ilk növbədə ABŞ-nin Rusiya Federasiyasının ərazisinə uzaqmənzilli silahlarla zərbə endirmək üçün icazə verməsi, habelə Lend-Liz miqyaslı kreditlər paketinin hazırlanması olmalıdır. Söhbət yarım trilyon, hətta bir trilyon dollar məbləğində lizinqdən gedir. Eks-Baş nazir hesab edir ki, üçüncüsü, müharibə bitməmiş Ukrayna NATO-ya üzv olmalıdır.






Fikirlər