Boris Conson Odessanın fəxri vətəndaşı seçildi ...
Böyük Britaniyanın baş naziri Boris Conson Odessanın fəxri vətəndaşı adına layiq görülüb.
Musavat.com xəbər verir ki, bu barədə şəhər meri Gennadi Truxanov BBC World Service və BBC radiosuna eksklüziv müsahibəsində bildirib.
Mer deyib ki, Ukrayna xalqı Consonun onlar üçün etdiklərini yüksək qiymətləndirir və başqa dövlət başçıları da belə davransaydı, qələbə çoxdan bizim olardı: "Ona görə mən tərəfindən Boris Consonun "Qriqori Marazli" ordeninin hər üç dərəcəsinə layiq görülməsi ilə bağlı sərəncam imzalanıb".
Tryxanov əlavə edib ki, Boris Conson ordenin təsis olunduğu 1862-ci ildən Odessanın fəxri vətəndaşı adını daşıyacaq ilk ingilisdir...