"Rusiya Ukraynaya qarşı törətdiyi müharibədə qalib gəlməyəcək" - Bayden

"Birləşmiş Ştatlar və tərəfdaşları Ukraynaya dəstəyi davam etdirəcək və hər addımda onun yanında dayanacaq..."
 
ABŞ prezidenti Co Bayden Birləşmiş Ştatların Ukraynaya 20 milyard dollar kredit verəcəyini təsdiq edib. Bu məbləğ Rusiyanın dondurulmuş aktivləri hesabına ödəniləcək.
 
Moderator.az xəbər verir ki, bu barədə onun Ağ Evin saytında dərc edilən bəyanatında deyilir. Məlumatı "glavred.info" saytı yayıb.
 
"Başqa sözlə desək, vergi ödəyicilərini yükləmədən Ukrayna hazırda ehtiyacı olduğu yardımı əldə edəcək. Bu kreditlər öz ölkəsini müdafiə edən və onu bərpa edən Ukrayna xalqına dəstək olacaq. Və bizim səylərimiz anladır ki, tiranlar vurduqları ziyana görə cavab verəcək", - bəyanatda deyilir.
 
Amerika lideri qeyd edib ki, bu yay G7 ölkə liderlərini Ukraynaya büdcəyə daxilolmaların  Fövqəladə Proqramı çərçivəsində və Rusiyanın dondurulmuş suveren aktivlərindən gəlirlər hesabına 50 milyard dollar verilməsi üçün birləşdirməyə yönələn səylərə rəhbərlik edib.
 
Baydenin sözlərinə görə, Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra G7 ölkələri "Rusiyanın suveren aktivlərinin həbsi üçün qətiyyətli tədbirlər" görüb və bu aktivlərin Rusiyanın öz təcavüzünə son verməyənədək və Ukraynaya vurduğu ziyanı ödəməyənədək həbsdə qalması üçün öz üzərinə öhdəlik götürüb.
 
Bundan başqa, Bayden vurğulayıb ki, Rusiya bu müharibədə qalib gəlməyəcək. "Ukrayna xalqı qalib gələcək. Bu, Vladimir Putinə dünyanın Ukrayna ətrafında birləşdiyi, Birləşmiş Ştatlar və tərəfdaşlarımızın hər addımda onun yanında dayandığı barədə daha bir xatırlatmadır".
 
ABŞ Ukraynaya 20 milyard dollar kredit verəcək - detallar
 
Prezident Vladimir Zelenski bəyan edib ki, ABŞ Ukraynaya 20 milyard dollarlıq kredit verəcək.
 
Onun sözlərinə görə, bu vəsaitlər Rusiyanın dondurulmuş aktivləri hesabına ödəniləcək.
 
"Le Monde" nəşri qeyd edib ki, Birləşmiş Ştatlar bu krediti iqtisadi və hərbi yardım arasında bölmək istəyir.






Fikirlər