İsrail aviasiyası bu gecə İranda nələri hədəfə alıb? - "The New York Times"

İsrail aviasiyası bu gecə İranda nələri hədəfə alıb? -

"İsrail HHQ-nin Parçin obyektinə hücumu İranın atom bombası istehsalını irəliyə apara biləcək sınaqların keçirilməsinə mane olmalıdır..."
 
Ötən gecə İsrailin aviasiya zərbələrinə məruz qalan İranın hərbi obyektləri arasında Tehran yaxınlığında İmam Xomeyni adına beynəlxalq hava limanı rayonunda yerləşdirilən Rusiya istehsalı olan C- 300 sistemlərı də olub.
 
Moderator.az xəbər verir ki, bu barədə Amerikanın "The New York Times" qəzeti İranın iki yüksək vəzifəli məmuruna istinadən məlumat verib. Məlumatı "israelinfo.co.il" nəşri yayıb.
 
Nəşr xatırladır ki, İsrail aprel ayında həmçinin İranın Netenz nüvə obyekti yaxınlığında yerləşdirilən Rusiyanın C-300 HHM sistemlərinə hücum edib.
 
Bundan başqa, İranın rəsmi şəxslərinin, o cümlədən SEPAH komandirinin sözlərinə görə, SEPAH-ın ən azı üç raket bazası İsrailin zərbələrinə məruz qalıb.
 
Nəşr həmçinin məlumat verir ki, İsrail dronlarla Tehran kənarında yerləşən Parçin məxfi hərbi bazasına hücum edib. Bu dronlardan biri İranın HHM sistemini keçərək hərbi obyektə zərər vurub. Digər dronlar vurulub.
 
Parçın bazası Tehrandan 30 km şərqdə yerləşir. Əvvəllər bu rayonda İran öz nüvə silahının, o cümlədən partlayıcı qurğunun ilkin sınaqlarını keçirib.
 
Təsdiq edilməyən məlumatlara görə, İran nüvə döyüş başlığının istehsalı üzrə öz səylərini bərpa edib, ona görə də İsrail HHQ-nin Parçın obyektinə hücumu, görünür, İranın atom bombası istehsalını irəliyə apara biləcək sınaqların keçirilməsinə mane olmalıdır.
 
2022-ci ildə İsrailin Parçın hərbi kompleksinə dron hücumu nəticəsində bir hərbi mühəndis həlak olub, daha bir əməkdaş yaralanıb.
 
Bundan öncə İranın "Tasnim" agentliyi məlumat verib ki, İsrailin aviasiya zərbələri nəticəsində İranın iki hərbi qulluqçusu həlak olub.
 
Qətər tərəfindən maliyyələşən "Əl-Ərəbiyyə" telekanalı İsrailin İranın cənubunda yerləşən Şəmsabad şəhərində zərbə endirdiyi zavoda vurulan zərəri nümayiş etdirib. İddia edilir ki, hərbi dronlar istehsal edən zavodda üç fəhlə həlak olub.






Fikirlər