KERRIDƏN Obamaya: “Suriyanı “KRUZ”la vuraq”

ABŞ Dövlət katibi Con Kerri Prezident Barak Obama ilə görüşündə Suriyaya “Kruz” raketlərinin atılmasını təklif edib.

 Axar.az xəbər verir ki, bu iddia ilə ABŞ-ın nüfuzlu “Atlantik” dərgisi çıxış edib.

 Jurnalın məlumatına görə, Obama bir müddət öncə Pentaqondan Suriyadakı hədəflərin siyahısını istəyib. Fransa Prezidenti Fransua Olland da Kerrinin təklifini müdafiə edərək ölkəsinin Obamaya dəstək verəcəyini deyib.

 Lakin Ağ Ev rəhbəri bir müddət sonra beynəlxalq hüquq və ya Konqres qərarı olmadan belə bir hücum təşkil etmək istəmədiyini dilə gətirib.

 Jurnalın məlumatına görə, Kerri bu yolla Əsədi devirmək yox, İran və Rusiya ilə ittifaqdan çəkindirmək məqsədi güdüb.

 ABŞ-ın vitse-prezidenti Co Bayden də Kerrinin təklifinə qarşı çıxıb. Yığıncaqların birində Bayden Kerriyə “Con, Vyetnam müharibəsinin necə başlanmasını xatırlayırsan?” - deyə atmaca atıb.






Fikirlər