Timoşenko UKRAYNA PREZİDENTİ ola bilər

Ukraynada rəy sorğusu keçmiş baş nazir Yuliya Timoşenkonun prezidentliyə şansının daha yüksək olduğunu göstərir.

 

Sorğuya əsasən, prezident seçkisi bu ilin martında keçirilsə Timoşenko təxminən 21, prezident Pyotr Poroşenko 18, “Radikal partiyası”nın lideri Oleq Lyaşko isə 12 faiz səs toplayar.

Ali Rada seçkilərində isə Timoşenkonun “Batkivşina” partiyası 18,5 , “Müxalifət bloku” 13,5 , “Pyotr Poroşenko Bloku” isə təxminən 11 faizdən bir qədər artıq, baş nazir Arseniy Yatsenyukun “Xalq cəbhəsi” partiyası isə 2 faizə yaxın səs toplaya bilər.

 

Qeyd edək ki, Ukraynada növbəti prezident seçkisi 2019-cu il martın 31-ə təyin edilib.






Fikirlər