ABŞ İraqa döyüş PİYADALARI göndərir
ABŞ ordusunun dəniz piyadaları İŞİD-lə mübarizə üçün İraqa yollanacaq. Ölkə.az xəbər verir ki, bu haqda İraqın baş naziri Heydər əl-Abadi məlumat verib. Onun sözlərinə görə, İŞİD-ə qarşı həyata keçiriləcək yerüstü əməliyyatlarda iştirak etmək üçün ABŞ-ın 26-cı ekspedisiya korpusunun dəniz piyadaları İraqa gətiriləcəklər. Pentaqon isə İraqa nə qədər dəniz piyadasının gətiriləcəyi haqda dəqiq məlumat verməyib. AzerTaym.az