Trampın yaydığı sənədlərdə Hitlerlə bağlı şok iddia - “İNTİHAR ETMƏYİB, QAÇIB”

Trampın yaydığı sənədlərdə Hitlerlə bağlı şok iddia

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin ötən həftə yayımladığı və prezident Con Kennedinin qətlinin detallarını açıqlayan 3 minlik arxiv sənədlərində Hitlerlə bağlı maraqlı iddialar ortaya çıxıb.

“Qafqazinfo” xəbər verir ki, həmin sənədlərdə Mərkəzi Kəşfiyyat İdarəsinin informatorunun Adolf Hitlerin Cənubi Amerikada gizləndiyinə dair 1955-ci ildə verdiyi məruzə də yer alıb. Bu barədə Sputnik Brasil Amerika kəşfiyyatının rəsmi saytına istinadən məlumat yayıb.

CIMELODY-3 ləqəbli agentin hesabatında deyilir ki, tabeliyində olan keçmiş SS-lərdən olan Filipp Sitroenlə danışıb və o, müharibədən sonra Hitlerlə görüşdüyünü deyib. Sənəddə deyilir : “Sitroen təsdiqləyirdi ki, Marakaybodan (Venesuelada şəhər) Kolumbiyaya təyinatı zamanı fürerlə ayda təxminən bir dəfə görüşürdü”.

Hesabata bir fotonun surəti də əlavə edilib. Hansı ki, Sitroen iddia edir ki, həmin fotoda onun yanında duran şəxs Hitlerdir. Şəkil 1954-cü ildə Kolumbiyada yerləşən Tunxa şəhərində çəkilib. 

Keçmiş SS-çi iddia edir ki, bir il sonra fürer Kolumbiyadan Argentinaya köçür. 

Lakin Mərkəzi Kəşfiyyat İdarəsi bu məlumatın doğruluğunu təsdiqləyə bilməyib.

Xatırladaq ki, Hitler Qırmızı Ordunun Berlinə basqını zamanı intihar edib. Onun cəsədinin qalıqları sovet hərbçiləri tərəfindən tapılmış və onu müalicə etmiş həkimlər tərəfindən tanınmışdı. 

 

Qeyd edək ki, Hitlerin Almaniyada deyil, Argentinada ölməsinə dair iddialar uzun müddətdir ki, səslənir. Bu versiyaya sadiq qalanlardan biri də argentinalı tarixçi Abel Bastidir. O, “Adolf Hitlerin izi ilə” adlı kitabında yazır ki, fürer Argentinaya sualtı qayıqla gətirilib və 60-cı illərində əvvəllərində Mendosa şəhərində ölüb.

 






Fikirlər