"GƏRƏK AXIRA QƏDƏR DƏ GEDİB BİRDƏFƏLİK Qarabağ müharibəsinə nöqtə qoyaydıq"

“Daşnakları qovan bizik, yad gözləri ovan bizik.

Yetər meydan suladılar, xalqımızı taladılar, Bakımızı taladılar.
Bakımızı əzizləyək, əqrəblərdən təmizləyək.
Şölə versin bu ləl-mərcan, ermənisiz Azərbaycan”.
İstiqlal şairimiz mərhum Xəlil Rza Uluturkun şeirindən bu misraları bizə onun ömür-gün yoldaşı, şəhid Təbriz Xəlilbəylinin anası Firəngiz xanım oxudu. 
Moderator.az-a aprel ayının əvvəllərində ön cəbhədə baş vermiş döyüşdən danışan Firəngiz xanım hər kəsi vətən uğrunda döyüşə hazır olmağa səsləyib: “Hesab edirəm ki, çox yaxşı başlamışdıq. Gərək axıra qədər də gedib birdəfəlik Qarabağ müharibəsinə nöqtə qoyaydıq. Ölmək ölməkdir, xırıldamaq bəs nə deməkdir. Bu gün hər kəsdə yüksək vətənpərvərlik hissi olmalıdır. Bu vətən hamımızındır və hamımızın da vətən uğrunda mübarizədə payı olmalıdır. Uzaqdan tamaşa etməklə olmaz. Ermənilər omürboyu işğalçılıq ediblər, müharibə amalıyla yaşayıblar. Xəlil bəyin “Döyüşüm qəbrətək davam edəcək” dediyi kimi, bizlər də məzara gedənə qədər vətənimiz uğrunda mübarizəmizi davam etdirməliyik. Hər kəs bacardığı kimi, əlindən gələn qədər. Analarımız övladları dünyaya gələndə onlara ilk növbədə torpağımızı sevdirsinlər. Torpağın içində na da var, ata da var, vətən də var. Torpağa sevgi olan yerdə heç vaxt özgə gəlib o torpağı tuta bilməz. Biz mübarizə apardıq, az da olsa torpaq geri qaytara bildik. Deməli bizdə güc, qüvvət var və torpağımızı geri qaytara bilərdik”. 






Fikirlər